Prezident TDT liderlərini Azərbaycana dəvət etdibackend

Prezident TDT liderlərini Azərbaycana dəvət etdi

Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq duyuram.

KONKRET.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, bu, Macarıstana 6-cı səfəridir: “Viktor Orban isə 7 dəfə Azərbaycana səfər edib”.

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Şuşada TDT-nin qeyri-rəsmi sammiti Şuşada keçirilib: “Bu il Azərbaycan TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə sammitinə dəvət edirəm. Azərbaycan Türk dövlətlərinə 20 milyard dollara qədər sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*