Prezident Tiencin şəhərində Mo Dinqqı ilə görüşüb – FOTObackend

Prezident Tiencin şəhərində Mo Dinqqı ilə görüşüb - FOTO

Sentyabrın 2-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.

KONKRET.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

“China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.

Sonda dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*