Prezident Tokayev tibb işçilərinin maaşlarının artırılması barədə göstəriş verdibackend

Prezident Tokayev tibb işçilərinin maaşlarının artırılması barədə göstəriş verdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Səhiyyə və təhsil məsələlərini müzakirə edən İctimai Etibar Milli Şurasının iclasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tibb işçilərinin maaşlarının artırılması barədə göstəriş verib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, maaşların vaxtaşırı artması bu ildən başlamalı və 2023-cü ilə qədər ölkə iqtisadiyyatında orta əmək haqqının 2,5 dəfə qaldırılması lazımdır.

“Koronavirus pandemiyası dünya səhiyyə sistemi üçün böyük bir sınaq halına gəldi. Bu epidemiya ölkəmizdə peşəkar həkim çatışmazlığını üzə çıxartdı. Bu, əmək haqqının azlığı, həkim peşəsinin nüfuzunun aşağı olması, hüquqlarının qorunmaması ilə əlaqədardır” deyib.

 

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*