Prezidentə yazırlar: “Bu yaxşılığı heç vaxt unutmayacağıq”backend

Prezidentə yazırlar: "Bu yaxşılığı heç vaxt unutmayacağıq"

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

KONKRET.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qarşı zamanında verdiyiniz uğurlu qərarlar sayəsində ölkəmiz bu virusla mübarizədə qətiyyətli addımlar atır. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, bütün dünya, o cümlədən bizim ölkəmiz tez bir zamanda bu virusdan xilas olacaq, insanlar normal həyatlarına davam edəcəklər.

Hörmətlə,

Hüseynova Dilbər Ələddin qızı

Füzuli rayonu Arayatılı kənd tam orta məktəbinin 7-ci sinif şagirdi”.

“Möhtərəm cənab Prezident.

Bir gənc olaraq, Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlər Azərbaycan xalqını gözə görünməyən düşməndən – COVID-19 pandemiyası bəlasından qoruyur. Xalqımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

İsmayilov Tural

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

“Hörmətli cənab Prezident.

1992-ci il mayın 18-də doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşərək, 28 il Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışıq. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də, böyüklərimin mənə danışdığı və sosial şəbəkələrdə gördüyüm görüntülər mənə işğal altında olan əzəli torpaqlarımızın bir cənnət olduğunu çox yaxşı anladıb. Bəlkə də, elə mənim və mənim kimi minlərlə gəncin ağır şəraitdə yaşamasına və ali təhsil almasına inam hissi Sizin kimi Ali Baş Komandanınızın olmasıdır. Məcburi köçkün olaraq bu diqqət və qayğının şəxsən özüm şahidi olmuşam. Bu müraciəti ünvanlamaqda məqsədim də ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə ailəmiz də evlə təmin olundu. Bizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli vətəndaş olmağa çalışıram. Tanrı Sizləri qorusun.

Hörmətlə,

İsgəndərov Nəcəf Namiq oğlu

Azərbaycan Respublikası, Laçın rayonu, Şeylanlı kəndi”.

“Möhtərəm cənab Prezident.

Bu gün mən firavan bir ölkədə yaşayıram. Ölkəm gündən-günə gözəlləşir. Yaşadığım Suraxanı rayonunda da abadlıq-quruculuq işləri aparılır, hər yaşdan olan sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaradılır, gözəl parklar salınır, uşaqların əylənə bilməsi üçün maraqlı attraksionlar quraşdırılır.

Cənab Prezident, bunların hamısı məhz Sizin vətəndaşlara verdiyiniz dəyər sayəsində başa gəlir. Məlum olduğu kimi, bütün dünya COVID-19 pandemiyasından xilas olmaq üçün mübarizə aparır. İnanıram ki, Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində, ölkəmizdə də bu virusun qarşısı alınacaq və yenidən sağlam həyata davam edəcəyik. Allah Sizi qorusun.

Hörmətlə,

Babayev Arif Mülhət oğlu

Fərdi sahibkar”

“Əziz Prezidentimiz.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Dağlıq Qarabağla bağlı tarixi faktlara əsaslanan çıxışınızı ailəmlə birlikdə dinlədik. Şəxsən mənə çox böyük qürur hissi verdi. Xüsusilə də erməni baş nazirin yersiz müdaxiləsinə verdiyiniz tutarlı cavab qəlbimi riqqətə gətirdi. Öz terrorçuları ilə məşhur olan ermənilərin azərbaycanlıları irqçilikdə günahlandırmaq cəhdi gülüş doğurur. Bu, qəbuledilməz bir böhtandır və növbəti erməni təxribatıdır. Çünki bütün dünya Azərbaycanı tolerant və multikultural dəyərlərin bərqərar olduğu ölkə kimi tanıyır və bu təcrübəni başqalarına nümunə göstərir.

Mənim ulu babalarım Qərbi Azərbaycan torpaqlarında yaşayıblar. Məhz, ermənilərin etnik təmizləmə siyasəti nəticəsində onlar tarixi torpaqlarından, öz yurd-yuvalarından köçürülmüşlər. Güman edirəm ki, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir.

Sizinlə fəxr edirik, cənab Prezident.

Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik. Təşəkkür edirik.

Hörmətlə,

Paşazadə Məhəmməd Elxan oğlu

Azərbaycan Respublikası, Lənkəran şəhəri”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*