Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.
KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.
Rusiya Prezidenti Vladimir Putin bildirib: “30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqlı addım idi. Ötən illər ərzində çox şey köklü şəkildə dəyişib. Bir çox sahələrdə inteqrasiya dərinləşib”.
MDB dövlət başçıları koronavirusa qarşı mübarizə tədbirlərindən söhbət açıblar.
09:43
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək.