Prezidentin oğlu sakinləri çaxnaşmaya düşməməyə çağırdı: “Düşənbə qida təchizatı ilə təmin olunub”backend

Prezidentin oğlu sakinləri çaxnaşmaya düşməməyə çağırdı: "Düşənbə qida təchizatı ilə təmin olunub"

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan prezidentinin oğlu, Düşənbə meri Rüstəm Emoməli əmindir ki, dövlətin koronavirus pandemiyası ilə mübarizə üçün kifayət qədər qüvvə və vasitəsi var.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki,  mayın 1-də Rüstəm Emoməli Tacikistan paytaxtının sakinlərinə və qonaqlarına müraciət edərək, ilk növbədə şəxsi gigiyena qaydalarına riayət etməyə çağırıb.

Müraciətində mer vəziyyətin hakimiyyətin nəzarəti altında olduğunu deyib: “Şəhər xəstəxanalarında lazımi hər şey var, Düşənbə kifayət qədər dərman və qida təchizatı ilə təmin olunub”.

O, vurğulayıb ki, şəhərin bütün bazarlarının, ticarət mərkəzlərinin, xəstəxanalarının və klinikalarının işi hakimiyyət tərəfindən ciddi şəkildə nəzarət olunur.

Mer bütün vətəndaşları mütəxəssislərin təyin etdiyi bütün tədbirlərə – maskalar taxmağa, əl sıxmamağa, məsafəni qorumağa və ən əsası uşaqları nəzarətsiz buraxmamağa çağırır.

Tacikistanda aprelin 30-da koronavirusun 15 halı rəsmi şəkildə təsdiqlənib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*