Prezidentlər 150 il yaşamağı müzakirə etdi — DETALLARbackend

Prezidentlər 150 il yaşamağı müzakirə etdi — DETALLAR

Çin, Rusiya və Şimali Koreya liderləri – Si Cinpin, Vladimir Putin və Kim Çen In Pekində ölümsüzlük, daha doğrusu insan ömrünün uzadılması imkanları barədə düşüncələrini paylaşıblar.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, liderlər bu barədə İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyinə həsr olunmuş parad ərazisinə daxil olarkən söhbətləşiblər.

Onların söhbəti mikrofonun açıq olması səbəbindən qeydə alınıb.

Söhbət zamanı Çin lideri bildirib ki, insanlar əvvəllər nadir hallarda 70 yaşadək yaşayırdılar, indi isə 70 yaşında insan hələ də uşaq sayılır.

Putin isə öz növbəsində qeyd edib ki, biotexnologiyaların inkişafı ilə insan orqanlarını müntəzəm surətdə transplantasiya etmək olar, insanlar daha gənc yaşaya bilərlər, hətta ölümsüzlüyə nail olmaq mümkündür.

Tərcüməçinin orqan köçürülməsi barədə sözləri Koreya dilində təkrarlaması eşidilib.

Si Cinpin sonda əlavə edib ki, proqnozlara görə, XXI əsrdə insanların 150 ilədək yaşamaq şansları var.

Qeyd edək ki, Çin və Rusiya liderlərinin hər birinin 72 yaşı var, Kim Çen In isə 41 yaşındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*