Prezidentliyə namizəd ermənilərə vəd verdi: ““Erməni soyqırımı”nı tanıyacağam”backend

Prezidentliyə namizəd ermənilərə vəd verdi: ““Erməni soyqırımı”nı tanıyacağam”

ABŞ prezidentliyinə namizəd senator Berni Sanders qondarma “erməni soyqırımı”nı tanıyacağını bəyan edib.

Konkret.az APA-ya istinadən xəbər verir ki, bu barədə B.Sanders Los-Ancelesdə media nümayəndələri ilə görüş zamanı bildirib.

O qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə baş verən hadisələrlə bağlı “soyqırımı” ifadəsini istifadə edəcək.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd B. Sanders senatorlar Bob Menendez və Ted Kruz tərəfindən irəli sürülən qondarma “erməni soyqırımı” qətnaməsini dəstəkləyənlərdən biridir.

Berni Sanders Demokratlar Partiyasının üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*