Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirildibackend

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirildi

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

KONKRET.az xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımovun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq.

İctimai Radioda debatlar saat 19:00-da başlayacaq.

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

1 – öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,

2- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3 – Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4 – Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5 – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6 – Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7 – Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*