Priqojin ƏSƏBLƏŞDİ – “Vaqner” mayın 10-da Baxmutu TƏRK EDİR – VİDEO(18+)backend

Priqojin ƏSƏBLƏŞDİ - "Vaqner" mayın 10-da Baxmutu TƏRK EDİR - VİDEO(18+)

“Vaqner” mayın 10-da döyüş sursatı olmadığı üçün Baxmutu tərk edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaqner” yaradıcısı Yevgeniy Priqojin videomüraciətində bildirib.

Priqojin Müdafiə Nazirliyindən mərmi tələb edib və Şoyqu və Gerasimovu “mərmi qıtlığı” səbəbindən böyük itkilərdə ittiham edib.

O deyib ki, “Vaqner” mayın 10-da döyüş sursatı olmadığı üçün Baxmutu tərk edəcək.

“2023-cü il mayın 10-da biz Müdafiə Nazirliyinin bölmələrinə vəzifələr təhvil verməyə məcburuq”, – deyə Priqojin qeyd edib.

Bundan qabaq o, Ukrayna da bir gün əvvəl ölən “vaqnerçi”lərin cərgələrini göstərərək Müdafiə Nazirliyinin rəhbərliyini sərt şəkildə tənqid edib və mərmi çatışmazlığından şikayətlənib.

Qeyd edək ki, dünənki döyüşlərdə “Vaqner”in 103 üzvü öldürülüb.

Daha ətraflı videolarda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*