Çeçenistan rəhbəri Ramzan Kadırov dünən silahlı qiyam edən “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojini biznes ambisiyalarından əl çəkməyə və onları dövlət işlərinə qarışdırmamağa çağırıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında bildirib.
Çeçenistan Respublikasının başçısı qeyd edib ki, şəxsi ambisiyaların arxasınca gedən insanlar vətənə məhəbbəti unuda bilərlər:
“Mən Priqojinlə danışdım, onu şəxsi ambisiyalarını milli əhəmiyyətli məsələlərlə qarışdırmamağa çağırdım”, – deyə Kadırov yazıb.
Bundan əlavə, o, “Vaqner”in bütün döyüşçülərini qərarlarında ayıq olmağa səsləyib.
“Ölkənin gələcəyini, ailələrinizi, övladlarınızı düşün. Bu cür hərəkətlər fəlakətli nəticələrə gətirib çıxara bilər. İndi hər şey sülh yolu ilə, qan tökülmədən başa çatdı, amma bu baş verə bilərdi” – deyə Kadırov qeyd edib. Redaktor.az