“Priqojinin üsyanı vəfasız generalların müəyyən edilməsi üçün xüsusi əməliyyat idi” – Danilovbackend

"Priqojinin üsyanı vəfasız generalların müəyyən edilməsi üçün xüsusi əməliyyat idi" - Danilov

“Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin hərbi üsyanı Rusiya prezidenti Vladimir Putinlə razılaşdırılan planlaşdırılmış xüsusi əməliyyat idi”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib

“Bu gün artıq əminliklə deyə bilərik ki, bu, Putinlə razılaşdırılmış xüsusi əməliyyat idi. Xüsusilə Putinə və onun ətrafına uyğun olmayan generalları müəyyən etmək üçün”, –  deyə Danilov bildirib.

Onun sözlərinə görə, artıq bir neçə generalın vəzifəsindən uzaqlaşdırıldığı barədə xəbər yayılıb.

“Onların bəziləri artıq dəmir barmaqlıqlar arxasındadır”,  – deyə Aleksey Danilov əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*