“Çoxlarının diqqəti Aİ və ABŞ-ın Ermənistana ayıracağı vəd etdiyi məbləğə yönəlib. Lakin problemin mahiyyəti məbləğdə deyil, Ermənistanın geosiyasi hərraca çıxarılmasındadır”.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Benyamin Matevosyan öz Telegram kanalında yazıb.
“Brüsseldəki görüş də bunu təsdiqlədi”.
Qeyd edək ki, Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Aİ-nin yeni yardım paketi çərçivəsində Ermənistana 270 milyon avro qrant və daha 0,5 milyard avro ayıracağı açıqlanıb. Bu barədə Avropa Komissiyasının rəhbəri bildirib:
Xüsusilə Ursula fon der Leyen “4 il ərzində 270 milyon avroluq yeni qrant kiçik və orta müəssisələrin inkişafına və yeni bazarlara çıxmasına kömək edəcək” deyib.
İlkanə Şəfəqqətova,
KONKRET.az