Problemlərlə bağlı “Temu” və “Trendyol”dan hara şikayət EDİLMƏLİDİR?backend

Problemlərlə bağlı "Temu" və "Trendyol"dan hara şikayət EDİLMƏLİDİR?

“Temu” və “Trendyol”dan müştərilərin şikayətləri artıb. Belə ki, sifariş verilən mallar ya istənilən formada gəlmir, ya da heç gəlmir. Bir çox müştəri isə gömrük və karqo şirkətləri ilə problem yaşayır. Bəs bununla bağlı müştərilər hara şikayət edə bilərlər?

KONKRET.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, istər “Trendyol” saytı, istərsə də “Temu” saytı üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan, tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

“Həmin Qanunun tələbinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

Daşıma şirkətlərinin xidmətlərindən istifadə edilməklə verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. Belə ki, əgər sifariş olunan mal itirilmiş, yaxud məhv olmuşdursa, onun tam dəyərini daşıyıcı ödəyir və əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab edilir. Lakin daşıyıcı malın itirilməsi və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi, həmçinin daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, məsuliyyəti aradan qalxır. Qanunvericiliyin tələbindən göründüyü kimi, belə vəziyyətdə sübutetmə yükü daşıyıcının üzərindədir.

Qanunvericiliyin tələbinə görə, bağlamanın lazımi şəkildə qablaşdırılmasını satıcı mağaza təmin etməlidir və o, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. Daşıyıcı isə qeyd-şərtsiz daşımaya qəbul etdiyi bağlamanın zahirən görünən qüsurlarının nəticələri üçün məsuliyyət daşıyır.

Bundan başqa, icraçı tərəfindən göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, yaxud başqa mühüm qüsurlar olarsa, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.

Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdirmişsə, yaxud xidmətdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.

İstehlakçılar yuxarıda göstərilən hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Ərizə, şikayət, təklif” bölməsi, elektron poçt ([email protected])  və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”, – deyə məlumatda qeyd edilib.

Mövzu ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə də əlaqə saxladıq.

Agentlik tərəfindən bildirildi ki, telekommunikasiya və poçt sahəsində tənzimləyici qurum olan İKTA tərəfindən telekommunikasiya sahəsində xidmət keyfiyyətinin yaxşılaşdırılması və vətəndaş müraciətlərinin tənzimlənməsi məqsədilə 2023-cü ilin noyabrında “E-Şikayət” sistemi yaradılıb. 2024-cü ilin may ayından etibarən platformanın imkanları daha da genişləndirilib və vətəndaşlara poçt (karqo) xidmətlərinə görə şikayət etmək imkanı yaradılıb:

“Universal və sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlar qeyd edilən platforma üzərindən xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorlarına və tənzimləyici quruma müraciət edə bilərlər.

Bunun üçün istifadəçilər müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaşlar şikayətlərini onlar üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət etmək istədikləri poçt rabitəsi operatoruna yönləndirirlər. Vətəndaşlar qanunvericiliyə uyğun müəyyən edilmiş müddət ərzində verilən cavabdan razı qalmazlarsa, tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edirlər.

Eyni zamanda onu da qeyd edək ki, bu günə qədər sistem üzərindən telekommunikasiya operator və provayderlərinə, o cümlədən poçt rabitəsi operatorlarına 1400-ə yaxın müraciət daxil olub. Onlardan 40-a yaxını poçt rabitəsi operatorlarındandır”.

  • Sovqi abdullayev
    Oktyabr 23, 2024 - 11:28

    8787239958 çatdırılma nömrəli sipariş ayın 5 də vurulub
    Fin kod da səhvlik var idi.Duzəltdim gəlmədi fin koda ləğv etdim 7 gündən sonra dedi edə bilməzsiniz artıq. Ayın 22 di hələ də nümayəndələr köçürülmüş eyni sözləri deyir.Ortada isə heç bir şey yoxdur.

  • Nigar
    Noyabr 18, 2024 - 12:41

    Mən Ricco mağazadan, Trendyol dan iki fərqli model ayaqqabı sifariş etdim.Biri normal gəldi, o biri isə tam fərqli bir model , həm də uzun müddət geyinilmiş bir ayaqqabı idi.Nəgəfər video , şəkil asistentə göndərdim, boş oldu.Deyirlər geyindiyiniz üçün geri qaytara bilmirik.Basa salıram ki mən geyinmişəm, korobkadan belə vəziyyətdə satıcı göndərib bile bilə, bir də ki mən sport ayyaqqabı seçdim bu isə yüksək kabluk fərqli firmanın geyinilmiş ayaqqabisi.Təssüfki bizim dövlətdən çəkinmirlər ki belə hərəkət edirlər.Kaş ki sikayət bizim ölkələrimizin arasında eyni qaydada baxılardi!

  • Ellada
    Dekabr 7, 2024 - 17:38

    Salam. 26 noyabr 2024 tarixində Chouze Kalp Detayli Triko Takim Bisküvilatte sifariş vermişəm. Sifaris nömrasi: #9630043928
    Sifaris tarixi: 24 noyabr
    Sifarisin xülasasi: 1 mahsul
    Cami:204.3 TL.
    6 dekan mesaj gəldi. Hormetli mushteri, TNL-8982434611 Trendyol baglamaniz tehvil menteqesine chatdirilmishdir Abbas Mirze Serifzade 71 71 bu gun, 06.12.2024, Umico_Vadi_İnsaatcilar_81, 10:00-20:00. Tel : 915. Və sifarişi götürəndə boş paket gətirdi təmsilçi. Mən də bu nədir belə şey sifariş etməmişəm dedim və açdım dərhal. İçərisində saç sanvağı çıxdı. Paket üzərində də çəki 0.04 kg qeyd olunub. Siz deyin. Bu çəkidə ola bilər etdiyim sifariş? 2 dəfə trendyol assistanta yazdım. Ancaq 2 dəfə tələbim rədd edildi. Kim cavab verəcəkyaşadığım hal üçün?

  • Kanan
    Yanvar 23, 2025 - 19:44

    Salam mən trendyoldan məhsul sifariş etmişəm ama məhsul qüsürlu gəlib necə gündükü trendyola muraicət edirəm ama baxan yoxdu xaiş edirəm məna kömək edersiniz

  • Fuad
    Yanvar 26, 2025 - 19:28

    Salam.Noyabrın 15-i Temuya palto kaşmir sifariş vermişdim.Daha doğrusu Baloğlanova Zəhra Ataş qızı adlı tanıdığım adamın anasının Kapital bankın birkart hesabına 60 Azn pul köçürmüşəm.11 dekabrda tamamilə sifariş verdiyimnən başqa köhnə astarı olmayan qiyməti heç 20 manat olmayan ķurtka göndərdilər.Mən Z .Baloğlanovaya şikayət etdim.Göndərilən kurtkanı ona geri qaytarsam da o pulu qaytarmaqdan imtina etdi.Guya mən sifariş verdiyim malı göndəriblər.İndi nə palto ala bildim nə də pulunu.

  • Memleket
    Mart 6, 2025 - 15:39

    Trendyol sifarisimi göndermedi pulumu da geri qaytarmirlar yanvarın 3 də verilən sifarisdi hər dəfə yalan mesajlarla yola verirler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*