Prokuror 100 min dollar rüşvətlə tutuldu – Banka “krışalıq” etmək istəyibbackend

Prokuror 100 min dollar rüşvətlə tutuldu – Banka “krışalıq” etmək istəyib

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları 100 min dollar rüşvət alan prokuroru saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna Milli Polisi yayıb.

“İstintaq araşdırıb ki, bir bankın idarə heyətinin üzvlərinin rəsmi səhlənkarlığı faktı ilə açılan cinayət işində prokuror onlardan 100 min dollar tələb edib. Bu məbləğə görə prokuror cinayət işinin bağlanmasına, bundan sonra “nəzarət” məsələsini həll edəcəyinə və gələcəkdə maliyyə qurumu ilə bağlı hər hansı bir cinayət işinin hüquq mühafizə orqanları tərəfindən qeydiyyata alınmayacağına söz verib”. Mənbənin açıqlamasında belə deyilir.

Prokurorun bankın binasında saxlandığı bildirilir.

Hazırda insidentlə bağlı istintaq davam edir.

Saxlanılan şəxsə böyük miqdarda fırıldaqçılıq maddəsi ilə ittiham irəli sürülüb. Hazırda onun vəzifəsindən azad edilərək həbs qəti imkan tədbiri məsələsi həll edilir.

Prokuroru əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*