Büdcəsi 8,6 milyon dollar ekvivalentində olan “Böyük çölün şəfəqi” bədii filminin çəkilişi zamanı 865 min dollar “yoxa çıxıb”.
KONKRET.az xəbər verir ki, Almatı prokurorluğu Qazaxıstanın ən böyük kinostudiyasında – “Qazaxfilm”də “itən” 400 milyon tengenin (865 min dollardan çox) oğurlanması faktını araşdırır.
Xatırladaq ki, filmin prodüseri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevadır.
Vəli Həsənov,
KONKRET.az