PROQNOZ: Dünya bazarında neftin qiyməti aşağı düşəcəkbackend

PROQNOZ: Dünya bazarında neftin qiyməti aşağı düşəcək

“Gunvor” və “Trafigura” neft ticarət şirkətlərinin analitikləri yaxın gələcəkdə Brent markalı neftin dünya qiymətlərinin bir barel üçün 60 dollara düşəcəyini gözləyirlər.

KONKRET.az xəbər verir ki, bu barədə proqnozları Bloomberg dərc edib.

Bu proqnoz bir neçə əsas amillərlə, o cümlədən qlobal təklifin neft tələbindən nəzərəçarpacaq dərəcədə çox olması ilə bağlıdır.
Həmçinin bu növ xammalın ən böyük istehlakçılarından biri olan Çində iqtisadi artım aşağı enib.. Bütün bunların fonunda “Trafigura”nın rəhbəri Ben Lakokun fikrincə, dünya bazarında neftin qiymətinin psixoloji səviyyəyə düşmə ehtimalı böyükdür.
“Qlobal meyar tezliklə 60 dollar olacaq” deyə o, qeyd edib.

Öz növbəsində “Gunvor” Qrupunun sədri Torbjörn Törnqvist xəbərdarlıq edib ki, ortamüddətli perspektivdə qlobal enerji balansı dəyişməyə davam edəcək, tələb və təklif arasında uçurum genişlənəcək.
“Bu gün biz istehlak etdiyimizdən qat-qat çox neft hasil edirik və bu balansın növbəti illərdə daha da pisləşəcəyi gözlənilir” deyə Törnqvist yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*