Psixoloq, Çimnaz Sultanova ilə bağlı müzakirələrə münasibət bildirdibackend

Psixoloq Çimnaz Sultanova ilə bağlı müzakirələrə münasibət bildirdi

Bəzi sənətçilərin aktrisa Çimnaz Sultanovanın yas mərasiminə getməmələri, rejissor Rövşən İsaxın mərhum aktrisanın açıq-saçıq geyimini tənqid etməsi müzakirə yaradıb. Bəziləri düşünür ki, aktrisa açıq-saçıq geyinir və bu tipli paylaşımlar edirdi, ona görə də belə bir şəxsin dəfninə getmək olmaz. Bəziləri isə “şəxsi həyatıdır” deyərək əks mövqe sərgiləyirlər.

KONKRET.az xəbər verir ki, psixoloq Nizami Orucov Pravda.az-a açıqlamasında deyib ki, kiminsə başqasının həyatı haqqında tənqidedici rəy bildirməyə haqqı yoxdur: “Çünki hər kəs öz həyatının idarəçisi, sahibidir. Seçim haqqı hər kəsə verilib və həyatını istədiyi şəkildə yaşaya bilər. Dünyasını dəyişmiş insan haqqında belə rəy bildirmək isə doğru deyil. Dəfnə getməyə bilərsən, amma bunu şəxsiləşdirmək düzgün sayılmır. Belə məsələlərdə ən sağlamı tərəf saxlamamaq və hörmətlə yanaşmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*