Valideynlər Şaxta baba obrazından manipulyasiya vasitəsi kimi istifadə etməməlidirlər, çünki bu, uşaqlarda davranış münasibətlərini pozur.
KONKRET.az xəbər verir ki, bunu Moskva Psixoloji Yardım Xidmətinin mütəxəssisi Yekaterina İqonina deyib. Onun fikrincə, uşaqlar möcüzələri başqalarının gözləntilərini qarşılamaq üçün mükafat deyil, qeyd-şərtsiz baş verən bir şey kimi qəbul etməlidirlər. Valideynlər bəzən yeni il sehrindən maarifləndirmə məqsədilə istifadə etməyə şirnikdirilir. Psixoloq izah edib ki, məzəmmət və şantaj əvəzinə uşağın diqqəti onun uğurlarına və nailiyyətlərinə yönəldilməlidir. Ekspert hesab edir ki, bu yanaşma sağlam psixikanın formalaşması üçün daha əlverişlidir: “Möcüzələrə inanma qabiliyyəti hər yaşda inkişaf edə bilər. Baxmayaraq ki, uşaqlıqda dərslər daha asan qavranılır”.
Vəli Həsənoğlu,
KONKRET.az