“Bakı-Quba pullu avtomobil yolunun tarifləri çox yüksəkdir və sürücülər bu yoldan istifadə etmirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
Ən azı 2-3 dəfə rayonda olduğunu, lakin yolda heç bir avtomobilin olmadığını qeyd edən millət vəkili deyib: “Ancaq bu yoldan beynəlxalq yük daşıyan maşınlar keçir. Ödənişli yolun tariflərinə yenidən baxılmalı və aşağı salınmalıdır”.