backend

Putin amerikalı jurnalistə qarşı seksizmdə günahlandırıldı - VİDEO

Amerikanın CNN telekanalı Rusiya prezidenti Vladimir Putini CNBC jurnalisti Hedli Qembl haqqında söylədiyi sözlərə görə seksizmdə ittiham edib.

KONKRET.az-ın məlumatına görə, Rusiya Enerji Həftəsi beynəlxalq forumunda çıxışı zamanı Putin Qembli “bir şeyi eşidən və başqa bir şeydən danışan gözəl qadın” adlandırıb.

Məsələ burasındadır ki, amerikalı jurnalist Rusiyanın Avropaya qaz tədarükü ilə bağlı sualı təkrar-təkrar verməkdə davam edib. Rusiya liderinin tam cavabına baxmayaraq, Qembl Rusiyanın hərəkətlərini şantaj adlandırıb.

Eyni zamanda, müsahibədən sonra amerikalı jurnalist “Instagram” hesabında “Kommersant” qəzetinin son sayını “Ən yaxşı bucağım” şərhi ilə paylaşıb və #feminizm həştəqini əlavə edib.

Qemblin abunəçilərinin çoxu jurnalistin səhnədəki gözəlliyini vurğulayıblar və Rusiya prezidentinin onu gözəl adlandırmasına heyranlıqlarını bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*