Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Tsinpin telefonla danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Çin lideri Rusiya ilə ABŞ arasında davam edən dialoqu dəstəklədiyini bildirib. Telefon danışığında Rusiya-Amerika təmaslarını müzakirə edilib.
Qeyd olunur ki, Si Tsinpin Rusiya ilə ABŞ arasında dialoqu dəstəkləməklə yanaşı, Ukraynada münaqişənin sülh ilə həlli yollarının tapılmasına yardım etməyə hazır olduğunu deyib.
Müşviq Tofiqoğlu
KONKRET.az