“Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları diversiya-kəşfiyyat qruplarında iştirak edən xainləri unutmamalı, onların şəxsiyyəti müəyyən edilməlidirlər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanları əməkdaşları ilə görüşündə deyib.
O qeyd edib ki, Rusiya sərhədinin yarılması cəhdləri uğursuzluğa düçar olub, diversantlar terror hücumu planlaşdırsalar da, itkilər veriblər.
Putinin sözlərinə görə, bu gün FTX-nin işinin ən məsuliyyətli və gərgin sahəsi hərbi əməliyyatların keçirilməsi ilə bağlıdır və xalq xüsusi xidmət orqanlarından yüksək konsentrasiya, fədakarlıq, nəticəli hücum hərəkətləri gözləyir.
Xatirə SADİQ,
KONKRET.az