Rusiya prezidenti Vladimir Putin bu gün ictimaiyyətə müraciət edərək, bütün vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb. O, səsvermənin Donbassda da keçiriləcəyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Putin çıxışında bu ifadələrə yer verib:
“Vurğulamaq istəyirəm ki, ölkəmizdə hakimiyyətin yeganə mənbəyi xalqdır. Bu mühüm hüquqi müddəa Konstitusiyaya daxil edilmişdir. Bu o deməkdir ki, yalnız siz, Rusiya vətəndaşları, Vətənin gələcəyini təyin edəcəksiniz. Siz nəinki öz səsinizi verəcəks, həm də iradənizi, arzularınızı və Rusiyanın gələcəyində şəxsi iştirakınızı birmənalı şəkildə bəyan edəcəksiniz, çünki seçkilər gələcəyə doğru atılmış addımdır”.
Putin hazırkı durumda seçkilərdə iştirak etməyin vətənpərvərlik olduğunu deyib:
“Bunu ən çətin şəraitdə Rusiyaya birləşmək üçün referendumda səs verən Donbass və Novorossiya sakinləri yaxşı başa düşürlər. Cəbhədəki əsgərlərimiz də səs verəcək. Onlar şücaət və qəhrəmanlıq göstərərək Vətənimizi müdafiə edir, seçkilərdə iştirak edərək hamımıza nümunə olurlar”.
“Rusiyanın çoxmillətli xalqı olaraq hamımız bir ailəyik. Biz ölkəmiz üçün narahatıq. Biz onun çiçəklənməsini, güclü, azad və firavan olmasını istəyirik. Biz həyat standartının və keyfiyyətinin yaxşılaşdırılmasını istəyirik. Belə də olacaq. Biz hər şeyi tam istədiyimiz kimi edəcəyik. Ona görə də xahiş edirəm, seçki məntəqələrinə gəlin və öz vətəndaşlıq və vətənpərvərlik mövqeyinizi bildirin, seçdiyiniz namizədə və sevimli Rusiyanın firavan gələcəyinə səs verin”.
Ariz Həsənoğlu,
KONKRET.az