Putin gələcəklə bağlı danışanda heç kəsi qorxutmur – Peskovbackend

Putin gələcəklə bağlı danışanda heç kəsi qorxutmur - Peskov

Rusiya prezidenti Vladimir Putin müxtəlif sahələrin gələcəyi ilə bağlı açıqlamalar verərkən heç kəsi qorxutmur, sadəcə perspektivləri təsvir edir, bəlkə də onu dinləmirlər, amma sonra sözlərinin gerçəkləşdiyini başa düşürlər.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

“Prezident dəfələrlə uzaqgörən bəyanatlar verib. İstər bu, silahların zərərsizləşdirilməsi, istər təhlükəsizlik, istərsə də iqlim dəyişikliyi sektoru olsun, heç kəsi qorxutmayıb. Prezident bəzən perspektivləri çox yaxşı təsvir edir. Bəlkə də onu dinləmirlər, amma sonra bunun necə olduğunu başa düşürlər”.

Peskov “Rusiya” telekanalının “Moskva. Kreml. Putin” proqramında jurnalist Pavel Zarubinə verdiyi müsahibədə belə deyib.

Putin bu həftə “Rusiya Enerji Həftəsi” forumunun plenar iclasında iştirak edib və çıxışı zamanı sualları cavablandırıb, Avropa ölkələrinin qazın bahalaşmasına səbəb olan səhvlərinə diqqət çəkib.

Həm də zarafat edib ki, səriştəsiz insanlar enerji bazarına təsir edəcək qərarlar verərlərsə, tezliklə hollandlar isinmək üçün konki ilə bir-birlərini ziyarət edəcəklər. Rusiya lideri daha əvvəl Avropadakı yanacaq bazarlarında “isterika və qarışıqlıq” olduğunu da qeyd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*