Putin heç dəyişməyib, Bayden səhv edəcək – Sallivanbackend

Putin heç dəyişməyib, Bayden səhv edəcək - Sallivan

Ağ Ev Vladimir Putin və Co Baydenin Cenevrədə görüşəcəyini elan edər-etməz ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan senatorlara bununla bağlı narahatlığını dərhal çatdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN-nin məlumatında deyilir.

Belə ki, səfir ABŞ-ın Rusiyaya qeyd-şərtsiz güzəştə gedəcəyindən ehtiyat edib.

Həmin ərəfədə Senatın beynəlxalq əlaqələrlə bağlı baş tutan iclasında C.Sallivan Putinin ABŞ-la pis rəftər etdiyini, Bayden administrasiyasının sələflərinin səhvlərini təkrar etmək təhlükəsi yarandığını bildirib.

Diplomat Baydenin situasiyanı ayıq başla qiymətləndirməsi gərəkdiyini əlavə edib:

“Hazırki və bundan öncəki administrasiyaların bütün cəhdlərinə (sanksiya, diplomatik manevrlər – red.) baxmayaraq, Putin əslində heç dəyişməyib”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*