Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla münasibətləri düzgün qura bilməklə strateji səhvə yol verib.
KONKRET.az xəbər verir ki, bu barədə The New York Times nəşri yazır. Məqalədə qeyd olunur ki, Trampın prezident seçilməsindən sonra Moskva üçün şərait ümidverici görünürdü. Tramp Putinə hörmətlə yanaşırdı və Kreml Ukrayna ilə bağlı münaqişədə bir çox istədiklərini əldə edə biləcəyinə inanırdı.
Lakin qəzet yazır ki, Putin bu imkanları düzgün qiymətləndirmədi və “kartlarını pis oynadı”. Nəticədə Trampla münasibətlər pozuldu və Rusiya gözlədiyinin əksinə olaraq ciddi geosiyasi uğursuzluqlarla üzləşdi.
Natiq Səlim,
KONKRET.az