Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə fəaliyyət göstərən Rusiya mənşəli dəmir yolu konsessiyasının satışı məsələsi hazırda İrəvanda səfərdə olan Qazaxıstan nümayəndə heyəti ilə müzakirə oluna bilər.
KONKRET.az xəbər verir ki, brifinq zamanı o qeyd edib:
“Xüsusi vurğulamaq istəyirəm ki, Rusiyanın arxasınca heç bir müzakirə aparıla bilməz. Bəli, mümkündür ki, bu məsələni Qazaxıstan nümayəndə heyəti ilə də müzakirəyə çıxaraq.”
Hazırda İrəvan şəhərində rəsmi səfərdə olan Qazaxıstan nümayəndə heyətinə xarici işlər naziri Yermek Koşerbayev rəhbərlik edir. Nümayəndə heyətinə həmçinin nəqliyyat naziri Nurlan Sauranbayev daxildir.
Ermənistanda fəaliyyət göstərən “Cənubi Qafqaz Dəmir Yolu” QSC (YQDY) tam şəkildə Rusiya Dəmir Yolları şirkətinə məxsusdur. Müqavilə 30 illik müddətə bağlanıb və əlavə 10 il uzadılma imkanı var.
Daha əvvəl Paşinyan bildirmişdi ki, əgər Rusiya razılıq versə, Ermənistan Qazaxıstanın bu konsessiyanı almasına qarşı deyil. O, həmçinin təklif etmişdi ki, Rusiya bu konsessiyanı həm özü, həm də Ermənistan üçün dost sayılan başqa bir ölkəyə satsın.
Paşinyanın sözlərinə görə, mövcud konsessiya Ermənistan üçün rəqabət baxımından müəyyən itkilər yaradır.
Müşviq Tofiqoğlu
KONKRET.az
