Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini Rusiyaya dəvət edib.
KONKRET.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, o, bu dəvəti dekabrın 27-də Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə görüşü zamanı çatdırıb.
“Biz dostumuz, cənab Baş nazir Modini Rusiyada görməkdən şad olarıq”, – deyə Rusiya prezidenti vurğulayıb. Öz növbəsində Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Modinin həqiqətən gələn il Rusiyaya səfər etmək istədiyini deyib və həmçinin Vladimir Putinin mesajını baş nazirə çatdıracağına söz verib. O, qeyd edib ki, məktubda Rusiya prezidentinin ölkələr arasında əməkdaşlığın vəziyyəti və son günlərdə əldə olunan tərəfdaşlıq sahəsində irəliləyişlə bağlı fikirləri öz əksini tapıb.
Vəli Həsənov,
KONKRET.az