Putin iyunun 18-də KXDR-ə səfər edəcəkbackend

Putin iyunun 18-də KXDR-ə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin iyunun 18-də Koreya Xalq Demokratik Respublikasına rəsmi səfər edəcək.

KONKRET.az-ın məlumatına görə, bu barədə  Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirək ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər edib. Rusiya Federasiyası KXDR-in sərhədlərinin bağlandığı koronavirus pandemiyasının başlanğıcından bəri Xalq Cümhuriyyətinin rəhbərinin səfər etdiyi ilk dövlət olub. Rusiyanın Uzaq Şərqinə səfər edən Kim Çen In Rusiya liderini onun üçün əlverişli vaxtda cavab səfərinə dəvət edib.

Putinin Pxenyana hələlik yeganə olan səfəri isə 2000-ci ilin iyulunda, prezident inauqurasiyasından iki ay sonra olub. Dövlət başçısı daha sonra ölkənin ovaxtkı lideri, respublikanın hazırkı liderinin atası Kim Çen İr ilə ikitərəfli və beynəlxalq məsələləri müzakirə edib, KXDR-in banisi Kim İr Senin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyub.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*