Putin Kadırova Zelenskini öldürmək əmri verib? – Rusiya XİN-dən açıqlamabackend

Putin Kadırova Zelenskini öldürmək əmri verib? - Rusiya XİN-dən açıqlama

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putinin Çeçenistan lideri Ramzan Kadırova Ukrayna prezidenti Vladimir Zelenskini müharibənin başlanğıcında məhv etməyi tapşırması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.

KONKRET.az xəbər verir ki, XİN rəhbəri bunu tamamilə cəfəngiyat adlandırıb.

Qeyd edək ki, cümə günü səhər saatlarında “The Wall Street Journal” Ukrayna kəşfiyyatının məlumatlarına istinadən məqalə dərc edib. Qeyd olunub ki, guya Putin Çeçenistan rəhbərinə müharibənin əvvəlində Kiyevdə hökumət binalarını zəbt etməyi və Ukrayna prezidentini məhv etməyi əmr edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*