Putin Kim Çen Ina medal verdi – FOTOLARbackend

Putin Kim Çen Ina medal verdi - FOTOLAR

 

KXDR Dövlət Şurasının sədri Kim Çen In “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.

“Rusiya Federasiyası Prezidentinin Fərmanına əsasən, KXDR Dövlət Şurasının sədri Kim Çen In Koreya Xalq Demokratik Respublikasındakı sovet əsgərlərinin dəfn yerlərinin və abidələrinin təhlükəsizliyini qoruduğuna görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edildi” deyib.

Medalı Rusiya səfiri A.Matsegor KXDR xarici işlər naziri Li Song Gwona təhvil verib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*