Putin Konstitusiya düzəlişlərinə səs verən rusiyalılara təşəkkür etdibackend

Putin Konstitusiya düzəlişlərinə səs verən rusiyalılara təşəkkür etdi

Tver bölgəsində Sovet əsgərlərinə yeni bir abidə açılıb. Həmin tədbirdə Rusiya prezidenti Vladimir Putin rusiyalılara müraciət edib.

KONKRET.az xəbər verir ki, Kremlin sahibi xatırladıb ki, ruslar bir yerdə olduqda, istənilən kritik vəziyyətdə ən çətin tapşırıqları yerinə yetirə bilərlər.

“Biz sadəcə dəqiq qanun normalarına uyğun olaraq edilən dəyişikliklərə səs vermirik. Biz yaşamaq istədiyimiz, müasir təhsil və səhiyyə, vətəndaşların etibarlı sosial müdafiəsi, cəmiyyətə təsirli gücü olan ölkəmiz üçün səs veririk. Çalışaq ki, bunu övladlarımıza və nəvələrimizə ötürək” deyə dövlət başçısı vurğulayıb.

Putin xatırladıb ki, sabitliyi, təhlükəsizliyi, firavanlığı və insanlar üçün layiqli bir həyatı yalnız özümüz təmin edə bilərik.

“Məhz bizim məsuliyyətimiz, vətənpərvərlik duyğularımız, vətənə qayğımız Rusiyanın suverenliyi, habelə tariximiz, mədəniyyətimiz, ana dilimiz, adət-ənənələrimiz, əcdadlarımızın qazandıqları uğurlar və xatirələrimizə hörmət üzərində dayanır” prezident deyib.

Rusiya lideri bir daha deyib ki, Konstitusiyaya düzəlişlər yalnız rusiyalıların əksəriyyəti tərəfindən dəstəkləndikdə tətbiq ediləcəkdir. O, seçimlərini edən hər kəsə və hələ səs verməyənlərə təşəkkür edib və sabah ümumrusiya səsvermə günü bunu etməyə çağırıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*