Putin Koreya lideri ilə bağladığı sazişi “sıçrayış sənədi” adlandırdıbackend

Putin Koreya lideri ilə bağladığı sazişi “sıçrayış sənədi” adlandırdı

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini ölkələrə qarşılıqlı fəaliyyəti yeni səviyyəyə qaldırmağa imkan verəcək sıçrayış sənədi adlandırıb.

“Razıyam ki, bu, iki ölkənin əldə etdikləri nailiyyətlərlə kifayətlənmək olmaz. Əlaqələrimizi yeni keyfiyyət səviyyəsinə yüksəltmək baxımından bu saziş sıçrayış sənədidir”, – Rusiya dövlət başçısı Şimali Koreyanın sədri Kim ilə danışıqların yekununda deyib.

Putin qeyd edib ki, saziş “uzunmüddətli perspektivdə Rusiya-Koreya əlaqələrini dərinləşdirmək üçün genişmiqyaslı məqsədlər və istiqamətlər müəyyən edir.

“Bu, siyasi, ticarət və investisiya, mədəni-humanitar sahələrə, eləcə də təhlükəsizlik sahəsinə aiddir”, – Rusiya lideri vurğulayıb.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*