Putin kosmosda nüvə silahı yerləşdirmək iddiasını ölkəsinə qarşı “hiylə” adlandırdıbackend

Putin kosmosda nüvə silahı yerləşdirmək iddiasını ölkəsinə qarşı “hiylə” adlandırdı

“Kosmosda nüvə silahı yerləşdirmək planları barədə Moskvaya qarşı “əsassız ittihamlar” hiylədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisinə müraciəti zamanı Vladimir Putin deyib.

Onun sözlərinə görə, bu, Rusiyanı ABŞ üçün əlverişli şərtlərlə danışıqlara cəlb etmək məqsədi güdür.

O, xatırladıb ki, 2008-ci ildə Rusiya kosmosda nüvə silahı yerləşdirməsinin qarşısının alınması təklifini irəli sürüb, lakin ABŞ bu təşəbbüsə cavab verməyib.

Rusiya prezidenti ABŞ-nin strateji sabitlik məsələlərində dialoqa maraqlı olması barədə bəyanatlarını prezident seçkiləri ərəfəsində “demaqogiya” adlandırıb:

“Onlar hələ də dünyanı idarə etdiklərini göstərmək istəyirlər”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*