Putin Kremldə Laricani ilə görüşdübackend

Putin Kremldə Laricani ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin bazar günü Kremldə İranın ali liderinin baş müşaviri Əli Laricanini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İran nümayəndəsi öz rəhbərlərinin göstərişi ilə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında gərginləşən vəziyyəti dəyərləndirib. Rusiya tərəfi də regionda vəziyyətin sabitləşdirilməsinə və İranın nüvə proqramı ilə bağlı məsələlərin siyasi həllinə yönəlmiş məlum mövqelərini ifadə edib”, – Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*