Putin Kseniya Sobçakın əlini sıxdıbackend

Putin Kseniya Sobçakın əlini sıxdı

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun ilk meri Anatoli Sobçakın Vasilyevski adasında abidəsinin açılışı zamanı təbrik əlaməti olaraq onun qızı, televiziya aparıcısı Kseniya Sobçakın əlini sıxıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, mərasimdə Sobçakın dul xanımı Lyudmila Narusova da iştirak edib.

Sabiq merin yaxınları və dostları abidənin önünə gül dəstələri qoyublar.

Putin Sobçakın ölümünün 20-ci ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Sankt-Peterburqa gəlib.

Sobçak 1991-1996-cı illərdə Sankt-Peterburq şəhərini idarə edib. Rusiyanın hazırkı prezidenti Vladimir Putin onun komandasında işləyib. 2000-ci ilin fevralında Sobçak kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*