“Kiyev Kursk bölgəsindəki hərəkətləri ilə gələcəkdə aparılacaq danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır”.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Regiondakı vəziyyət Kiyev rejiminin Moskvanın sülh təkliflərini niyə rədd etdiyini göstərir. Kursk vilayətindəki hərəkət Rusiya qoşunlarının irəliləməsini dayandırmaq üçün Kiyevin hərbi planıdır”, – Rusiya prezidenti qeyd edib.
O, əminliklə bildirib ki, düşmən layiqli cavabını alacaq.
Günel Mikayılova,
KONKRET.az