Putin Lukaşenko ilə Soçidə nədən danışdı? – Ən vacib söhbət açıqlanmırbackend

Putin Lukaşenko ilə Soçidə nədən danışdı? - Ən vacib söhbət açıqlanmır

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko 14 sentyabrda Soçidə danışıqlar aparıblar.

KONKRET.az xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, Putin Lukaşenko rejimini dəstəklədiyini təsdiqləyib və Rusiyanın Belarusa 1,5 milyard dollar borc verəcəyini söyləyib.

Putin Belarusu ən yaxın müttəfiqi kimi gördüyünü təkrarlayıb. Eyni zamanda, əlavə edib ki, belaruslar ölkədəki hazırkı vəziyyəti özləri həll etməlidirlər.

O, həmçinin Belarusda yeni bir konstitusiya qəbul edilməsi fikrini dəstəkləyib.

Müşahidəçilər söhbətin ən vacib hissəsinin təkbətək bağlı qapılar arxasında keçdiyini vurğulayırlar.

Bu, Belarusda kütləvi etiraz aksiyaları başlayandan sonra Putin və Lukaşenko arasında ilk şəxsi görüş idi

Babək Göyüş                       

KONKRET.az

  • Omer
    Sentyabr 15, 2020 - 09:27

    Qerb minski moskovaya teref it eledi. Heyf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*