Putin Lukaşenkonu təbrik etdibackend

Putin Lukaşenkonu təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkoya Belarus Respublikasındakı prezident seçkilərində qələbəsi ilə əlaqədar təbrik teleqramı göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

“Ümid edirəm ki, dövlət fəaliyyətiniz bütün sahələrdə olduğu kimi Rusiya-Belarus əlaqələrinin də inkişafına, Birlik Dövləti daxilində əməkdaşlığın dərinləşməsinə, Avrasiya İqtisadi Birliyi və MDB-nin tərkibində inteqrasiya proseslərinin qurulmasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hərbi və siyasi əlaqələrə töhfə verəcəkdir. … Bu, şübhəsiz ki, Rusiya və Belarusun qardaş xalqlarının təməl maraqlarına cavab verir” deyilib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*