Putin Məlik soyadlı bu erməni diplomata daha bir ölkəni də tapşırdı – LAVROVDAN YAŞIL İŞIQbackend

Putin Məlik soyadlı bu erməni diplomata daha bir ölkəni də tapşırdı LAVROVDAN YAŞIL İŞIQ

Rusiya Prezidenti Vladimir Putin Sergey Məlik-Bağdasarovun Rusiya Federasiyasının Haitidəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, müvafiq fərman hüquqi məlumat portalında yayımlanıb.

Fərmanda deyilir: “Məlik-Bağdasarov Sergey Mixayloviç Rusiya Federasiyasının Haiti Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

Fevral ayından etibarən Məlik-Bağdasarov Rusiyanın Venesueladakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

Məlik-Bağdasarov 1968-ci ildə anadan olub. 1994-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MQİMO) bitirib.

O, həmçinin XİN-in Latın Amerikası Departamentinin direktor müavini vəzifəsində də çalışır.

Haşiyə: Rusiyanın Baş diplomatı Sergey Lavrovun da milliyyətcə erməni olması heç kəsdə şübhə doğurmur. Hətta onun haqda rus dilində hazırlanan vikipediyada yazılıb ki, Tbilisi ermənisidir və əsil soyadı Kalantarovdur (bir çox mənbələrdə Kalantaryan yazılır). Bu informasiya həqiqəti əks etdirməsəydi, indi çoxdan o yazı oradan silinərdi. Deməli, o cümlələrin məhz bu formada yazılması həm ermənilərin, həm də elə Lavrovun özü üçün də çox vacibdir. Çünki Rusiyanın baş diplomatı erməni olduğunu inkar etmir. 17 fevral 2005-ci ildə, İrəvan Slavyan Universitetində olarkən tələbələr ondan erməni əsilli olub-olmadığını soruşub. O isə “Tiflis köklərim var, çünki atam ordandır, məndə erməni qanı var və başqa heç millətin qanı yoxdur. Bu qan məni heç bir şəkildə narahat etmir” cavabını verib. O vaxtdan bəri daha heç bir media nümayəndəsi Sergey Lavrovdan hansı millətdən olduğunu soruşmur, çünki əsil fakt artıq ortaya qoyulub: Rusiyanın baş diplomatı saf ermənidir. Lavrov soyadı isə onun atalığına məxsusdur, çox böyük ehtimalla anası ikinci dəfə ərə gedəndə uşağa gələcək taleyi üçün Kalantarovun əvəzinə Lavrov soyadını yazıb. Və görünür, heç də səhv etməyib. Lavrovun doğulduğu yer də vikipediyada səhv yazılıb. Araşdırmalar göstərib ki, o da Moskvada deyil, məhz Tbilisi şəhərində dünyaya gəlib və kiçik yaşlarında Rusiya paytaxtına köçüb.

Bunları isə yazmaqda məqsədimiz başqadır. Rusiya XİN-də erməni diplomatlarının sayı məhz Lavrovun köməyilə çoxalıb. Belə olan halda Lavrovun Dağlıq Qarabağ haqqında açıqlamaları sadəcə gözə kül üfürməkdir. Rusiyanın Baş diplomatı heç vaxt istəməz ki, onun rəhbərliyi zamanı işğal edilən ərazilər Azərbaycanın tabeliyinə verilsin. Kompasın şimala doğru yönələn əqrəbi ölkəmiz üçün ümidverici heç bir işartı vermir…

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*