Putin: “Mən, Əliyev və Tokayev Xəzərin dayazlaşmasından çox narahatıq”backend

Putin: “Mən, Əliyev və Tokayev Xəzərin dayazlaşmasından çox narahatıq”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, azərbaycanlı və qazaxıstanlı həmkarları İlham Əliyev və Qasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizində ekoloji fəlakətin qarşısının alınması yolları müzakirə olunub, çünki bu, hamını narahat edir.

KONKRET.az ria.novostiyə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı fikirlərini belə davam etdirib:

“Azərbaycanda keçirilən görüşlərdə İlham Heydəroviç (Əliyev – red.) bu barədə danışıb, indi Qazaxıstanda Qasım-Jomart Kemeleviç (Tokayev – red.) də məsələ qaldırır. Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, – deyə Putin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*