Putin Minskdə saxlanılan ruslarla bağlı vəziyyəti Lukaşenko ilə müzakirə etdibackend

Putin Minskdə saxlanılan ruslarla bağlı vəziyyəti Lukaşenko ilə müzakirə etdi

33 Rusiya vətəndaşının Minskdə saxlanılması ilə bağlı vəziyyət cümə günü Rusiya Prezidenti Vladimir Putin tərəfindən belaruslu həmkarı Aleksandr Lukaşenko ilə müzakirə edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.

“Tərəflər yaranan vəziyyətin, iki ölkə arasındakı əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə inandıqlarını ifadə etdilər” deyilib.

Moskva Belarusda sabit daxili siyasi vəziyyətin qorunmasında və prezident seçkilərinin sakit şəraitdə keçirilməsində maraqlıdır.

İyulun 29-da Belarus hakimiyyəti 33 Rusiya vətəndaşının həbs olunduğunu elan edib. Ruslara qarşı “Terror hücumuna hazırlıq” maddəsi ilə cinayət işi açılıb, bunun üçün müxtəlif hesablamalara görə, onlara 20 ilə qədər həbs cəzası verilə bilər.

Daha sonra Belarus İstintaq Komitəsi tutulanların respublikada iğtişaşlar hazırlamaqda şübhəli bilindiyini deyib.

Bununla yanaşı, xüsusi xidmət orqanlarının məlumatına görə, daha əvvəl Belarusa “seçki kampaniyası zamanı vəziyyəti pozmaq üçün 200-dən çox yaraqlının” gəlməsi barədə məlumat daxil olub.

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının üzvləri, Peskovun qeyd etdiyi kimi, rusların tutulmasının səbəblərinin aydınlaşdırılmasını və onların sərbəst buraxılmasını gözləyirlər.

Rusiya Xarici İşlər Nazirliyi Belarusda tutulan bir qrup rusun Minsk üzərindən İstanbula tranzit etdiklərini, bütün lazımi sənədləri, o cümlədən aviabiletləri olduğunu və logistikanı bir Belarus şirkəti tərəfindən təmin edildiyini bildirib.

Moskva Belarus səlahiyyətlilərində həqiqəti ortaya qoymaq üçün lazım olan bütün sənədlərin olduğunu söyləyib. Eyni zamanda, Rusiya XİN-i rusların tutulması ilə bağlı Belarus tərəfindən edilən iyrənc şərhə dözmədiyini vurğulayıb və lazımsız mənfi emosiyaların yayılmasına son verməyə çağırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi də konsulluq işçilərinin dərhal Belarusda saxlanılan Rusiya vətəndaşlarının yanına buraxılmasının təmin edilməsini istəyib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*