“Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün əsas şərtlərdən biri Rusiyaya qarşı sanksiyaların ləğvidir”,
KONKRET.az-ın məlumatına görə bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirdiyi görüşdə deyib.
Putinin sözlərinə görə, Rusiyanın təklifi Ukrayna münaqişəsinin dondurulmasını deyil, tam olaraq sona çatdırılmasını nəzərdə tutur.
Putin daha sonra sözlərinə bunu əlavə edib: “Rusiya tarixin faciəli səhifəsini qapatmağa, Ukrayna və Avropa ilə münasibətləri tədricən bərpa etməyə çağırır”.
Orxan HƏSƏNLİ,
KONKRET.az