“Putin nə istəyirdisə onu əldə etdi” – İndi Kreml sahibinin maraqları fərqlidir …backend

“Putin nə istəyirdisə onu əldə etdi” – İndi Kreml sahibinin maraqları fərqlidir ...

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan və Rusiya dövlət başçıları Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin 27 sentyabr 2020-ci ilə qədər Dağlıq Qarabağ məsələsinə maraq göstərməyib: “Bu problem onun üçün maraqsız idi. Ancaq indi tam tərsini müşahidə edirik. Putin müharibə günlərində Bakıya və İrəvana zənglər etdi, Şuşanın taleyindən danışdı – 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi oldu. Putin indi də fəaldır, telefonla yenə Bakıya və İrəvana zənglər edir, iki ölkənin xarici işlər nazirlərini Moskvaya çağırır. Putin bütün bunları ona görə etmir ki, bölgədə davamlı sülh olsun və ya Azərbaycanın ərazi bütövlüyü tam təmin edilsin. Kreml sahibinin maraqları fərqlidir. Putin nə istəyirdisə onu əldə etdi. İndi əldə etdiklərini zənglər və müxtəlif görüşlər vasitəsilə gücləndirməyə çalışır”.

Elxan Şahinoğlu Köçəryana: “Gücünüz qalıbsa, göstərin...”

Elxan Şahinoğlunun sözlərinə görə, Kreml sahibi Rusiya ordusunun Dağlıq Qarabağda varlığını təmin etdi: “ Eyni zamanda tərəflərə kommunikasiya xətlərinin açılmasını qəbul etdirdi və üçüncüsü Ermənistan hakimiyyətinə və əhalisinə anlatdı ki, Rusiya olmasa erməniləri Azərbaycan qarşısında daha ağır məğlubiyyət gözləyərdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*