Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri noyabrın 27-nə planlaşdırılır.
KONKRET.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Murat Nurtleu Astanada rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibli görüşdə bildirib.
“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfəri çoxşaxəli tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir”, – o qeyd edib.
Öz növbəsində, S.Lavrov qeyd edib ki, tərəflər Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.