Putin nüvə sınaqlarını qadağan edən müqavilədən ÇIXDIbackend

Putin nüvə sınaqlarını qadağan edən müqavilədən ÇIXDI

Qeyd edək ki, ötən ay Rusiya Dövlət Duması Rusiya Federasiyasının “Nüvə sınaqlarının hərtərəfli qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

KONKRET.az xəbər verir ki, müvafiq sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və 13 oktyabrda Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Xatırladaq ki, Rusiya 2000-ci ildə nüvə sınaqlarının hərtərəfli qadağası müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*