Putin ölsə, müharibə bitəcək? – Andrey Yusov açıqladıbackend

Putin ölsə, müharibə bitəcək? – Andrey Yusov açıqladı

“Rusiya Prezidenti Vladimir Putinin səhhətində uzun müddətdir problemlər var. Amma təəssüf ki, son vaxtlar Rusiyanın anonim mənbələrindən yayılan bu məlumatlar öz təsdiqini tapmayıb. Bu xəbərlər ilk növbədə yerli rus auditoriyası üçün məqsədli şəkildə tirajlanıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Yusovun fikrincə, Ukrayna döyüş meydanında nə qədər çox uğur qazansa, Putinin müharibə bitməmiş və ya Rusiyanın yekun məğlubiyyətindən sonra vəzifədən uzaqlaşdırılması ehtimalı bir o qədər yüksəlir: “Ukraynanın aldığı dəstək, Rusiyanın təcavüzünə qarşı mübarizə və sanksiya siyasətinin gücləndirilməsi nə qədər qətiyyətli olarsa, Rusiyada elita ilə hökumət arasında münaqişə üçün bir o qədər tez zəmin yaranar. Bunlar aşkar tezislərdir. Fərqli də ola bilər. Hazırda biz bu istiqamətdə müxtəlif ssenarilərə hazırlaşırıq”.

“Rusiya uzun müddətdir Ukraynanı məhv etmək istəyir. Bu, I Pyotrun, Stalinin və müxtəlif dövrlərdəki digər rus diktatorlarının dövründə də belə idi. Bir nəfərin aradan götürülməsi və ya ölümünün bütün problemlərimizi həll edəcəyini gözləmək düzgün olmazdı. Ammabu, faktikiolaraq, Rusiya üçünböyükbirproblemyaradacaq”,- deyə Yusov qeyd edib. //“AzPolitika.info”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*