Altay Respublikasının keçmiş qubernatoru Oleq Xoroxordin prezidentin informasiya-kommunikasiya texnologiyaları və kommunikasiya infrastrukturunun inkişafı departamentinin rəis müavini olub.
KONKRET.az xəbər verir ki, Xoroxordin süni intellektin inkişafı ilə məşğul olan şöbəyə nəzarət edəcək.
Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Rostislav Turovski deyib ki, Xoroxordin əvvəllər Prezident Administrasiyasının əməkdaşı olub, ona görə də təqaüdə çıxandan sonra iş yeri onun üçün münasibdir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlanır. Qərb Ukrayna poliqonunda süni intellektlə idarə olunan silah texnologiyalarına üstünlük verir. Rusiya prezidenti Vladimir Putin bu sahəyə ciddi diqqət ayırmağa başşlayıb. Ona görə də Xoroxordinin təyinatı müxtəlif dairələrdə ciddi müzakirə olunmağa başlayıb.
Günel Mikayılova,
KONKRET.az