Putin Paşinyana yenə də “yox” dedi – VİDEObackend

Putin Paşinyana yenə də “yox” dedi - VİDEO

Ali Avrasiya İqtisadi Şurasında (AİŞ) qazın tranziti üçün vahid tarif hazırkı inteqrasiya səviyyəsində tətbiq oluna bilməz.

KONKRET.az xəbər verir ki, bu sözləri AİŞ-in video konfransı formatında çıxışı zamanı Rusiya Dövlət Başçısı Vladimir Putin səsləndirib.

“Ermənistan və Belaruslu dostlarımızın qaz nəqli və tranzit xidmətləri üçün təklif etdiyi ümumi tarifə gəldikdə, hesab edirik ki, vahid tarif yalnız vahid büdcə və vahid vergi sistemi ilə vahid bazarda həyata keçirilə bilər. Avrasiya İqtisadi Birliyində (AİB) belə dərin inteqrasiya səviyyəsinə hələ çatmamışıq” deyib Rusiya prezidenti.

Onun sözlərinə görə, Ermənistan və Belarus AİB ölkələrinin 2025-ci ilədək inkişaf strategiyasının layihəsində təklif olunan qaz qiymətlərinə dair təklif olunan ortaq düsturu qəbul etmirlər.

“Üç ölkənin dəstəklədiyi bir formula var: Rusiya, Qazaxıstan və Qırğızıstan. Onun mahiyyəti ondan ibarətdir ki, qaz qiymətlərinə yanaşmalar sonradan Avrasiya İqtisadi Birliyinin ümumi qaz bazarının formalaşdırılması ilə bağlı danışıqlarda müəyyən edilə bilər. Bu formula hələ də erməni və belaruslu həmkarlarımız tərəfindən qəbul edilməyib. Bu məsələdə onların öz fikirləri var” deyib.

Rusiya Federasiyasının Prezidenti əlavə edib: “Əgər onunla razılaşa bilsələr, Strategiyanı təsdiqləmək üçün başqa heç bir maneə olmaz.”

“Erməni və belaruslu dostlarımızın mövqeləri dəyişməz qalsa, təbii ki, qaz məsələsini Strategiya layihəsindən çıxartmaq məntiqli olardı. Qaz qiymətlərinə yanaşmaların müzakirəsi üzv ölkələrin ekspertləri və Avrasiya İqtisadi Komissiyası vasitəsilə davam etdirilə bilər” deyib..

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*